Aİ bu il Ukraynaya nə qədər yardım edib? - Daha 50 milyard istəyirlər

DÜNYA
19:19 / 22.11.2023
565

"2023-cü ilin əvvəlindən Ukrayna Avropa İttifaqından 16,5 milyard avrodan çox yardım alıb".

HİT.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.

"Avropa İttifaqının bu il ölkəmizə ümumi büdcə dəstəyi artıq 16,5 milyard avrodan çox olub. Bu, bizə iqtisadi dayanıqlığı qoruyub saxlamağa kömək edir", deyə baş nazir bildirib.

Şmıqal qeyd edib ki, Aİ-nin aylıq maliyyə yardımının ümumi məbləği 1,5 milyard avro təşkil edir. Bu yardım islahatların həyata keçirilməsindən və korrupsiya ilə mübarizə səylərindən asılı olmayaraq Kiyevə verilir.

Ukraynanın baş naziri qeyd edib ki, Aİ dəstəyi çətin şəraitdə iqtisadi sabitliyin qorunmasına kömək edir və Aİ ölkələrini 50 milyard avro dəyərində yardım paketini təsdiqləməyə çağırıb.

“Əhəmiyyətli və qəti dəstəyə görə Avropa İttifaqına təşəkkür edirəm. Biz gözləyirik ki, 50 milyard avro dəyərində olan yeni çoxillik dəstək mexanizmi - Ukrayna Mexanizmi Aİ-yə üzv dövlətlər tərəfindən mümkün qədər tez təsdiqlənəcək”, deyə siyasətçi əlavə edib.

Samir

0