"Məhbusların azad edilməsi naminə İsrail atəşkəsə razılaşmağa hazırdır, lakin müqavilə başa çatdıqdan sonra münaqişə davam edəcək".
HİT.az xəbər verir ki, bunu “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi “Vzqlyad” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail hakimiyyəti dəfələrlə bəyan edib ki, onların məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir.
"HƏMAS və İsrail arasında əldə olunan razılaşmalar atəşkəs və ya münaqişənin deeskalasiyasının başlanğıcı kimi qəbul edilməməlidir. Söhbət eksklüziv olaraq girovların dəyişdirilməsindən gedir. Təl-Əviv indiki qarşıdurmanın əvvəlindən buna can atırdı. Uzun müddətdir ki, tərəflər kompromis əldə edə bilmirdilər. İndi vəziyyət dəyişib”, deyə Kedmi bildirib.
O əlavə edib ki, İsrailin əsas prioriteti öz vətəndaşlarının həyatını qorumaqdır.
İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəliblər. Razılaşmanın birinci mərhələsi 4 günlük atəşkəs və Qəzzada saxlanılan 50 məhbusun İsrail həbsxanalarında saxlanılan 150 fələstinli məhbusla dəyişdirilməsini nəzərdə tutur.
İkinci mərhələdə əlavə şəxslərin buraxılması mümkündür. Azad edilən hər 10 girov üçün atəşkəs bir gün uzadılacaq.
Samir