Politoloq: "ABŞ Ukrayna büdcəsindəki kəsiri bağlaya bilməyəcək"

DÜNYA
10:25 / 23.11.2023
439

Ukraynalı politoloq Andrey Zolotarev bildirib ki, ölkə büdcəsində heç nə ilə doldurula bilməyən boşluq var. 

HİT.az xəbər verir ki, o, bu barədə "Politeka" "YouTube" kanalında danışıb.

Ekspert deyib ki, ABŞ-ın bu problemi həll etməsini gözləmir. İqtisadçının fikrincə, ölkə büdcəsindəki boşluğun cəmi 1/4-i qapadılıb.

"Bizdə 40 milyard çatışmır, optimistlər 29, pessimistlər 40-dan danışırlar. Bu resursları haradan əldə etmək olar? Düşünmürəm ki, Birləşmiş Ştatlar bu boşluğu bağlaya biləcək", deyə Zolotarev bildirib.

Onun sözlərinə görə, ukraynalılar buna hazır olmalıdırlar ki, Qərbin Ukraynaya təxirə salınmış yardımı "çoxlarını əsəbləşdirəcək", çünki yardım xeyli azalacaq.

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Nümayəndələr Palatasında Ukraynaya yardım paketinin müzakirəsi və səsvermənin gecikdirilməsi ilə bağlı narahatlığını ifadə edir. Nəşrin yazdığına görə, Demokratlar Partiyası Şükran Günündən sonra Nümayəndələr Palatasının Baydenin Ukrayna, İsrail, Tayvana və ABŞ-ın digər strateji tərəfdaşlarına hərtərəfli yardım tələbini müzakirə etməyə başlayacağına ümid edir.

Samir

0