İsrail HƏMAS-a qarşı hücumlarını davam etdirəcək

DÜNYA
16:47 / 23.11.2023
772

İsrail Qəzza zolağında müharibəni dayandırmaq fikrində deyil. HƏMAS-ın nəzarətində olan ərazilərdə irəliləyərək qələbəyə qədər davam edəcək.

HİT.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi anklavda fəaliyyət göstərən 36-cı diviziyanın briqada komandirləri ilə keçirdiyi brifinq zamanı deyib.

"Biz müharibəni bitirmirik. Qalib gələnə qədər davam edəcəyik, irəliləyəcəyik və HƏMAS-ın nəzarətində olan digər ərazilərdə əməliyyatları davam etdirəcəyik”, deyə Halevi bildirib.

Baş Qərargah rəisi qeyd edib ki, Qəzza zolağında keçirilən əməliyyatın əsas məqsədlərindən biri HƏMAS qruplaşması tərəfindən əsir götürülən bütün girovların azad edilməsidir:

"Biz müharibənin məqsədlərini birləşdirməyə çalışırıq ki, quru əməliyyatının təzyiqi qaçırılan girovların azad edilməsi üçün şəraitin yaradılmasına gətirib çıxarsın".

Samir

0