Şimali Koreya 2024-cü ildə nüvə sınaqları keçirə bilər

DÜNYA
16:16 / 23.11.2023
525

Cənubi Koreya kəşfiyyatı hesab edir ki, Şimali Koreya bu ilin sonuna qədər nüvə sınaqları keçirməyəcək və ya yeni kəşfiyyat peykləri buraxmayacaq, lakin bunu 2024-cü ildə edə bilər. 

HİT.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi hakim Vətəndaş Gücü Partiyasından olan parlamentin kəşfiyyat komitəsinin sədr müavini Yu Sanq Beoma istinadən məlumat yayıb.

Cənubi koreyalı millət vəkili bildirib ki, ölkənin Dövlət Kəşfiyyat Xidməti Şimali Koreyanın yaxın günlərdə yeddinci nüvə sınağına dair heç bir əlamət aşkar etməyib.

“2023-cü ildə nüvə sınaqlarının keçirilməsi ehtimalı aşağı qiymətləndirilir. Amma 2024-cü ildə Kim Çen Inın müvafiq qərarı olarsa, bu, istənilən vaxt həyata keçirilə bilər”, deyiv və əlavə edib ki, Şimali Koreyanın ilin sonuna qədər əlavə peyk buraxılması problemli olacaq, lakin gələn il mümkündür.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın kosmosa göndərdiyi kosmik gəminin dəyəri ondan alınan məlumatların kəşfiyyat məqsədləri üçün az istifadə olunması səbəbindən aşağı olaraq qalır.

Samir

1