Müxalifət baş nazirlə görüşə getmədi

DÜNYA
19:24 / 23.11.2023
454

Polşanın hazırkı baş naziri, hakim Qanun və Ədalət Partiyasından olan Mateuş Moravetski digər siyasi partiyaların liderlərini yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrə dəvət edib.

HİT.az RMF-ə istinadən xəbər verir ki, görüşə dəvət olunan siyasətçilərdən heç biri gəlməyib.

RMF qeyd edir ki, tədbirdə hökumətin Vətəndaş Koalisiyasından əsas rəqibləri ilə yanaşı, müxalifət partiyalarının da iştirakı gözlənilirdi. Portal əlavə edir ki, digər tərəflər Moravetski ilə danışıqları “vaxt itkisi” hesab ediblər.

“Dəvət olunan qonaqlardan heç biri hökumət başçısının kabinetinə gəlməyib. Rəqib qrupların liderləri məsləhətləşmələri boykot etdilər. Üçüncü Yol və Sol” kimi partiyalar Donald Tuskun rəhbərlik etdiyi Vətəndaş Koalisiyası ilə hökumət qurmaq istəyirlər, Seymdəki səsvermənin nəticələrinə görə, əksəriyyət buna hazırdır. Konfederasiya da Moravetski ilə danışmaq istəmir. Nəticədə onlar baş naziri tək qoyublar”, deyə materialda qeyd edilir.

Oktyabrın 15-də Polşada Seymə seçkilər keçirilib. Hakim Qanun və Ədalət Partiyası qalib gəlib. O, 35,4% səs toplayıb, lakin parlamentdə çoxluğunu itirib və 460 yerdən yalnız 194-nə arxalana bilir. Eyni zamanda, müxalifət partiyaları - Vətəndaş Koalisiyası (VK), Üçüncü Yol və Sol partiyaları ümumilikdə səslərin təxminən 54%-ni qazanaraq 248 yer əldə edib. Millətçi və Avroskeptik Konfederasiya Partiyası Seymdə 18 yer tutacaq, lakin onlar digər fraksiyalarla koalisiyaya girmək istəmir.

Noyabrın 13-də Polşa prezidenti Anjey Duda baş nazir Mateuş Moravetskinin istefasını qəbul edərək onu dərhal yeni hökumət başçısı təyin edib. Respublika rəhbəri ona nazirlər kabinetini formalaşdırmağı tapşırıb, jurnalistlərə Moravetskinin planlarını həyata keçirə biləcəyinə inamını bildirib. 

Eyni zamanda, bir gün əvvəl müxalifətdə olan Vətəndaş Koalisiyası, Üçüncü Yol və Sol partiyaları Tuskun rəhbərlik etdiyi yeni hökumətin yaradılması ilə bağlı razılığın əldə edildiyini açıqlamışdı.

Samir

0