Peskov: "Avropa Rusiya üçün təhlükə yaradır"

DÜNYA
20:02 / 23.11.2023
447

"Moskva Avropa ölkələri üçün heç bir təhlükə yaratmır".

HİT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin sözçüsü ölkəni Qərb dövlətləri üçün "əsas təhlükə" adlandıran Çexiya lideri Petr Pavelin sözlərini şərh edib. Eyni zamanda mətbuat katibi vurğulayıb ki, reallıqda bunun əksi müşahidə olunur.

"Rusiya Avropa üçün təhlükə yaratmır - Avropa Rusiya üçün təhlükə yaradır", deyə Peskov bildirib.

O əlavə edib ki, Avropa ölkələri faktiki olaraq ABŞ-ın nəzarəti altındadır. Bunu onların fəal şəkildə Rusiya sərhədlərinə doğru irəliləyən Şimali Atlantika Alyansına üzvlüyü sübut edir.

Noyabrın 21-də NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya tərəfdən təşkilata üzv ölkələrə birbaşa hərbi təhlükə yoxdur. Bununla belə, Şimali Atlantika Alyansının rəhbəri sayıq qalmağın vacibliyinə işarə edib.

Onun sözlərinə görə, davam edən Ukrayna münaqişəsi səbəbindən müttəfiqlər regionda hərbi mövcudluğunu gücləndiriblər. Təşkilatın baş katibi vurğulayıb ki, ilk növbədə söhbət Şərqi Avropadan gedir.

Samir

0