Cənubi koreyalı bir qadın demək olar ki, hər şeyə alergiyası olduğundan şikayət edib.
HİT.az xəbər verir ki, bu barədə "New York Post" yazır.
Seuldan olan Joan Fan bildirib ki, 37-dən çox allergiya növü olduğu üçün hər gün nə yediyinə diqqət yetirməlidir.
“Mən 37 allergiya deyirəm, çünki bu, mənim sevimli nömrəmdir. Əslində, onların sayı daha çoxdur”, deyə 21 yaşlı koreyalı qadın şərh edib.
Bundan əlavə, keçən ay o, klinikada yeni bir test etdirib və onda yeni allergiyalar olduğunu öyrənib:
“Əvvəllər alergiyası olmayan bəzi meyvələr, məsələn, qreypfrut indi reaksiyalara səbəb olur”.
Joan əlavə edib ki, allergiya əlamətləri adətən alerjeni yedikdən 10 dəqiqə sonra görünür:
"Mən qaşınmağa başlayıram və çox isti hiss edirəm".
Koreyalı qadın allergiyanın onun görünüşünə mənfi təsir etdiyini də qeyd edir:
"İnsanlar məni görür və üzümə nə baş verdiyini soruşurlar".
Samir
@justjjoanne i now have 37 more ways to d*e ?? #allergytesting #foodallergies #nutallergy #foodallergylife #justjoannefoodallergies ♬ Elevator Music - Bohoman