Rusiya hərbi bazasını Ermənistandan çıxarır? - "Radikal addımlar atıla bilər"

DÜNYA
11:55 / 24.11.2023
677

"Mövcud Rusiya-Ermənistan qarşıdurması fonunda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası başda olmaqla, hərbi kontingentinin çıxarılması məsələsi bir müddətdir gündəmdədir". 

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Turan Rzayev deyib. 

O vurğulayıb ki, hətta Ermənistanın Baş naziri Nikol Paşinyan səviyyəsində də bu istiqamətdə açıqlamalar verilir:
338516

"Rəsmi İrəvanın Qərbə yaxınlaşması, Qərbin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışması vahid bir siyasətin tərkib hissəsidir. Kreml də bu məsələyə görə ciddi narahatlıq keçirir. Artıq dəfələrlə İrəvan hakimiyyətinə xəbərdarlıq edilib. Buna baxmayaraq, Rusiya Ermənistanı itirməyi gözə ala bilməz. Düşünürəm ki, rəsmi Moskva buna görə ən radikal addımları belə atmağa hazırdır. Amma söhbət Gümrüdəki 102-ci bazanı ölkədən çıxarmaq yerinə, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasından gedir". 

Amma politoloq hesab edir ki, rəsmi Moskva indiki məqamda bu variantı istifadə etmək istəmir:

"Lakin ehtiyac görəcəyi təqdirdə bunu da edə bilər. Nəticə etibarilə, Ukraynanı işğal edərək beynəlxalq hüququ kobud şəkildə pozan Rusiya üçün Ermənistanda hakimiyyəti dəyişmək o qədər də çətin deyil. Amma Kreml mövcud vəziyyətdə Paşinyan iqtidarı ilə uzlaşmaq istəyir. Çünki gərginlik iki ölkə arasındakı münasibətlərə ciddi zərər vura bilər. Üstəlik, bu, Qərbin Ukraynada olduğu kimi Ermənistana olan dəstəyini artırması ilə nəticələnə bilər. Buna görə də Kreml hələlik ehtiyatlı davranır. Amma zərurət yaranacağı təqdirdə daha radikal addımlar atılacaq".

Pərviz

0