Qəzzadakı vəziyyətə müdaxilə edə bilməyən Bayden gənclər arasında dəstəyini itirir

DÜNYA
12:40 / 24.11.2023
414

ABŞ prezidenti Co Baydenin İsrail və Fələstin arasındakı silahlı münaqişəni idarə edə bilməməsi ilə bağlı Demokratlar Partiyasında artan parçalanma onun üçün ciddi siyasi problemə çevrilir. 

HİT.az xəbər verir ki, bu barədə "The Hill" qəzeti yazır.

Məqalə müəllifləri Qəzza zolağındakı vəziyyətlə bağlı demokratlar arasında parçalanmanı dövlət başçısı üçün problem adlandırıblar. Onlar qeyd ediblər ki, bu, həm də prezidentin gənc seçicilərlə əlaqə saxlamaqda üzləşdiyi çətinlikləri artırır.

"The Hill"ə görə, Demokrat Partiyasının analitikləri və strateqləri Baydenə qarşı partiya yoldaşlarının artan məyusluğunu müşahidə ediblər. Ekspertlər hesab edir ki, yaxın iki həftə ərzində yeni dövlət başçısının seçkiləri keçirilsəydi, demokratların həqiqətən də ciddi problemi olacaqdı.

Bu arada "The Washington Post" yazıb ki, Baydenin ABŞ-da gənc seçicilər arasında populyarlığı o, Qəzza zolağında atəşkəsin tərəfdarı olmadığı üçün aşağı düşür. Nəşrin jurnalistləri belə qənaətə gəliblər ki, amerikalı seçicilərin əksəriyyəti İsraili dəstəkləyir, lakin gənclər bu dövlətin həddindən artıq sərt hərəkət etdiyini düşünürlər.

Samir

0