ABŞ İran tərəfinə Yaxın Şərqdə vəziyyəti gərginləşdirmək niyyətində olmadığını bildirib.
HİT.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.
“Biz Amerika tərəfdən mesajlar almışıq ki, onlar Qəzza zolağında müharibənin miqyasını genişləndirmək niyyətində deyillər”, deyə diplomat bildirib.
İranın XİN başçısı həmçinin bəyan edib ki, əgər İsrail Qəzza zolağının sakinlərini vurmağı dayandırmasa, Fələstin-İsrail münaqişəsinin miqyası genişlənə bilər.
Noyabrın 23-də İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya səfər edib. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri Livana səfər edib və burada şiə "Hizbullah" təşkilatının baş katibi ilə görüş keçirib, Fələstin-İsrail münaqişəsinin həlli məsələsi müzakirə olunub.
Samir