Ukrayna 2024-cü ildə raketlərə nə qədər pul xərcləyəcək?

16:05 / 24.11.2023
653

Gələn il Ukrayna Müdafiə Nazirliyinin müdafiə büdcəsindən təxminən 175 milyard qrivna (5 milyard dollar) raket və sursatların alınmasına, daha 80 milyard (2,2 milyard dollar) isə hərbi texnikaya xərclənməsi planlaşdırılır. 

HİT.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Yuri Djigir bildirib.

“2024-cü il üçün nəzərdə tutulan vəsaitdən bu istiqamətə təxminən 175 milyard qrivna xərclənəcək. Hərbi texnika üçün təxminən 80 milyard qrivna sərf olunacaq. Növbəti prioritet sıradan çıxmış hərbi texnikanın cari təmiri və onun üçün ehtiyat hissələrinin alınmasıdır", deyə nazir müavini bildirib.

Samir

0