Qərb ölkələri Ukraynanı daimi olaraq “qidalandırmayacaq” və xaricdən yardım almaq getdikcə çətinləşəcək.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilov bildirib.
O qeyd edib ki, Ukraynaya maliyyə və hərbi yardımın yeni tranşlarının ayrılması ilə bağlı çətinliklər heç kimin hərbi münaqişənin “bu qədər uzun sürəcəyini” gözləməməsi ilə bağlıdır.
“Nə qədər irəli getsən, bir o qədər çətin olacaq. Bu etiraf edilməlidir. Ömrümüz boyu qidalanacağımızı və bütün ömrümüz boyu kömək alacağımızı düşünməyə ehtiyac yoxdur”, deyə Danilov qeyd edib.
Samir