Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müxalifətdəki Lelo Partiyasının irəli sürdüyü ölkənin “Rusiyadan təmizlənməsi konsepsiyasını” dəstəklədiyini bildirib.
HİT.az xəbər verir ki, o, öz "Facebook səhifəsində" bu məsələni bütün gürcülər üçün ümumiləşdirməyə çağırıb.
“De-Rusiya hər kəsin etməli olduğu şey olmalıdır və onu təxirə salmaq hansısa ciddi xəstəliyin müalicəsini təxirə salmaqla eynidir. Milli bədənimizi ölümlə hədələyən rus virusu bütün cəmiyyətin immunitetini və gücünü səfərbər etməlidir. Bu səfərbərlikdə hər kəsin öz cəbhəsi var. Qələbə Koalisiyası özünün ən yaxşı keyfiyyətlərini göstərməlidir, digər partiyalar da özünü göstərməlidir və mən onlara bu işdə uğurlar arzulayıram", deyə Saakaşvili yazıb.
Eyni zamanda, Lelo Partiyası rusların və rus şirkətlərinin Gürcüstan hökumətinin tenderlərində iştirakına qadağa qoyulmasını təklif edib. Müxalifətin təşəbbüsünə görə, bu, Gürcüstanın Qərb tərəfdaşlarının dövləti anti-Rusiya sanksiyalarından yan keçməkdə ittiham etməməsi üçün lazımdır.
Samir