Baş nazir: "Münaqişənin həlli yalnız Ukraynanın qələbəsi ilə mümkündür"

DÜNYA
19:48 / 24.11.2023
578

Litvanın baş naziri İnqrida Simonite bildirib ki, Ukraynadakı münaqişənin həlli yalnız Kiyevin qələbəsi ilə mümkündür. 

HİT.az xəbər verir ki, baş nazir bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O qeyd edib ki, bu, Ukrayna böhranından çıxmağın yeganə yolu qələbədir:

“Davamlı və ədalətli sülhə nail olmağın yeganə yolu Ukraynaya mümkün qədər tez qalib gəlməyə, onun tam ərazi bütövlüyünü bərpa etməyə, beynəlxalq ədalətə xidmət etməyə və daha güclü yenidən qurmağa kömək etməkdir".

Noyabrın 24-də Litvanın baş naziri Kiyevə səfər edib. Səfər zamanı Simonite Ukrayna əsgərlərinin abidəsi önünə gül dəstələri qoyub. O qeyd edib ki, Ukrayna ordusu Rusiya ilə münaqişədə bütün avropalılar üçün döyüşür.

Samir

0