Çin lideri iki ildən sonra ilk dəfə Şanxaya səfər edəcək

DÜNYA
11:55 / 27.11.2023
370

Çin prezidenti Si Szinpin tezliklə Şanxaya səfər etməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, siyasətçi 2021-ci ildən bəri Çinin ticarət mərkəzinə ilk səfəri zamanı "Şanxay Futures Exchange" və şəhərdə fəaliyyət göstərən bəzi texnologiya şirkətlərini ziyarət edəcək.

"Mənbələrə görə, Si Szinpinin Şanxayda üç gün qalması nəzərdə tutulur, baxmayaraq ki, yekun plan hələ də dəyişdirilə bilər. Şanxaya səfər əvvəlcə Çin liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu üçün ABŞ-a səfərinin dayanacağı kimi planlaşdırılıb, lakin sonda təxirə salınıb", deyə materialda bildirilir.

Nəşr yazır ki, Şanxaya səfər Si Szinpinin ölkənin iqtisadi artım sürətini bərpa etmək əzmini vurğulayır. Qəzet əlavə edir ki, səfər Kommunist Partiyasının 24 nəfərdən ibarət rəhbər orqanının dekabrda partiyanın əsas toplantısı olan 20-ci Mərkəzi Komitəsinin üçüncü plenumunun tarixini açıqlayacağı Siyasi Büronun aylıq iclasından bir qədər əvvəl baş tutacaq.

Samir

0