Amerikalı diplomat Ukraynanı itirilmiş əraziləri unutmağa çağırdı

13:15 / 27.11.2023
296

"Ukrayna ərazilərin itirilməsi ilə barışmalıdır, çünki onlar artıq onun tərkibinə qayıtmayacaq".

HİT.Az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ Xarici Əlaqələr Şurasının keçmiş prezidenti Riçard Haas deyib.

"Ukraynanın hazırda Rusiya Federasiyasına məxsus olan ərazilərin 20%-ni geri qaytaracağı fikri illüziyadır, bunun üçün indi heç bir ilkin şərt yoxdur", deyə sabiq prezident bildirib.

Diplomat Ukrayna hakimiyyətinin diqqətini qalan ərazilərin qorunub saxlanmasına yönəltməyi təklif edib və bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin uğur qazana bilməməsi səbəbindən Qərb ölkələrinin dəstəyi azalacaq.

Bundan əvvəl keçmiş amerikalı kəşfiyyatçı Scott Ritter bəyan etmişdi ki, Ukrayna ordusunun süqutundan sonra ölkə ərazisinin 50%-ni itirə bilər. O, hesab edir ki, ölkə rəhbərliyinə yaxın olan şəxslər prezident Volodimir Zelenskini hərbi əməliyyatları dayandırmağa inandırmalıdır, əks halda Ukraynanın taleyi fəlakətli ola bilər.

Samir

0