Ukrayna ordusunda hökumətdən və Zelenskidən narazılıq artır

DÜNYA
17:10 / 27.11.2023
573

Ukrayna hərbçiləri arasında generallara, hökumətə və şəxsən prezident Volodimir Zelenskiyə qarşı narazılıq artır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə istinadən yazır.

Qeyd olunur ki, əsgərlər hərbi rəhbərliyi ehtiyatsızlığa və qonşu bölmələr arasında əlaqənin olmamasına görə qınayırlar. Onların fikrincə, hər bir dəstə bəzən sağda və solda olan dəstədən xəbəri belə olmadan özü üçün döyüşür.

Hərbçilərin fikrincə, hökumət onları zəif təmin edir. Döyüşçülər vətənlərini müdafiə etdiklərini, həyatlarını riskə atdıqlarından şikayətlənərək, sonda texnika, kirayə, yemək və avtomobil təmiri pulunu özləri ödəyib, pilotsuz təyyarələr və ehtiyat hissələri alıblar.

Əsgərlər xaricdən gələn pulların hara getdiyi ilə maraqlanırdılar.

Ukraynalı hərbçi “Ruslar hər şeyi müharibəyə qoydular, amma biz çoxunu özümüz təşkil edirik”, deyib.

Samir

0