Arkanzas ştatından respublikaçı senator Tom Kotton deyib ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Tehranın dəstəklədiyi qrupların Yaxın Şərqdəki hərbi bazalara hücumlarına cavab olaraq "kütləvi zərbə"yə başlamalı, İrana qarşı daha sərt davranmalıdır.
HİT.az xəbər verir ki, senator bu barədə “Fox News” telekanalında açıqlama verib.
"Co Bayden vəzifəyə gələndən bəri İran Amerikanın Yaxın Şərqdəki mövqelərinə, məncə, 150 dəfədən çox hücum edib", deyə parlamentar bildirib.
O, həmçinin xatırladıb ki, Birləşmiş Ştatların baş komandanı olsaydı, Co Baydenin təyin etməli olacağı hədəflərə deyil, lazım bildiyi hədəflərə cavab zərbələri endirərdi.
“Mən həmçinin İrana açıq mesaj vermək istərdim ki, bu hücumlar dərhal dayandırılmasa, biz onların aktivlərini təhdid etməyə başlayacağıq”, deyə Tom Kotton bildirib.
Senator Ronald Reyqanın prezidentliyi dövründə Vaşinqtonun ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə hücum etdiyi üçün İran donanmasının bir hissəsini batdığı hadisəni də xatırladıb.
Samir