NATO Finlandiyanın Rusiya ilə bağlı qərarını dəstəklədi

16:35 / 27.11.2023
295

"Finlandiya Şimali Atlantika Alyansından Rusiya Federasiyası ilə sərhədini möhkəmləndirmək üçün hərbi yardım istəmədi".

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin noyabrın 28-29-da Brüsseldə keçiriləcək görüşü ərəfəsində mətbuat konfransında deyib.

O vurğulayıb ki, NATO Helsinki tərəfindən Finlandiya-Rusiya sərhədinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri, həmçinin Avropanın Frontex sərhəd agentliyinin Finlandiya dövlətinə göstərdiyi yardımı alqışlayır. Stoltenberq qeyd edib ki, o, iki ölkənin sərhədindəki miqrasiya vəziyyətinin təfərrüatları ilə tanış deyil.

Noyabrın 24-dən Finlandiyanın qərarı ilə bütün Rusiya-Finlandiya sərhədində yalnız bir açıq keçid məntəqəsi - Murmansk vilayətinin Kola rayonundakı Lotta beynəlxalq keçid məntəqəsi qalıb.

Helsinkidə belə kəskin addım öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və qeyri-qanuni miqrant axınının qarşısını almaq istəyi ilə izah edilib. Finlandiya hakimiyyəti hətta Avropa sərhəd agentliyi Frontexdən sərhəd təhlükəsizliyini gücləndirmək üçün 60 işçi ayırmağı xahiş edib. 

Samir

 

0