Avropa İttifaqı Yaxın Şərqdəki hadisələrin həllində “vicdanlı vasitəçi” kimi çıxış etməyə çalışır və həmçinin, siyasi həll axtarışında ərəb dünyası dövlətlərinin daha çox iştirakını müdafiə edir.
HİT.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət sözçüsü Peter Stano deyib.
"Aİ beynəlxalq arenada mövcud münaqişənin həlli istiqamətində səylərdə fəal iştirak edir. Aİ-nin mövqeyi dürüst broker kimi çıxış etməkdir və biz bunu etməyə çalışırıq", deyə Stano bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı ölkələrinin İsraillə HƏMAS arasındakı münaqişə ilə bağlı mövqeyi sənədlərdə qeyd olunub və dəyişməyib. Stano həmçinin qeyd edib ki, regionda sülhə nail olmaq üçün ərəb ölkələri və Aİ-nin nizamlanmasında daha çox iştirak lazımdır.
Aİ nümayəndəsi hesab edir ki, ikitərəfli münasibətlərdəki problemlər münaqişənin İsrail və Fələstinin maraqlarına uyğun həllinə maneə olmamalıdır.
Samir