"ABŞ Rusiyada hakimiyyətin dəyişdirilməsinə və ölkə daxilində iğtişaşların təşkilinə daha çox diqqət yetirdiyini nümayiş etdirir".
HİT.az xəbərt xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Vaşinqton Moskvaya qarşı hibrid müharibəyə başlayıb və Rusiya dövlətini strateji məğlubiyyətə uğratmaq istəyir.
Ryabkov həmçinin bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatının "uğurla başa çatması" ABŞ-ın Rusiyaya münasibətdə təfəkkürünü düzəltmək üçün ilkin şərt olacaq.
"Aydındır ki, xüsusi əməliyyatın uğurla başa çatması Vaşinqtona Rusiyaya qarşı öz düşüncəsini uyğunlaşdırmaq üçün həlledici şərtdir", deyə nazir müavini bildirib.
Samir