Fransalı siyasətçi: "Zelenski NATO-nu bezdirir, "dərin dövlət" ondan qurtulmaq istəyir"

DÜNYA
22:54 / 29.11.2023
544

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot hesab edir ki, diqqətlər Yaxın Şərqə yönəlməyə başladığı üçün Ukrayna lideri Volodimir Zelenski artıq faydalı olmaqdan çıxıb və NATO-nu qıcıqlandırmağa başlayıb. 

HİT.az xəbər verir ki, bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndi Zelenski faydalı olmaqdan çıxıb və əməliyyatlar teatrı Yaxın Şərqə keçdiyi üçün öz inadkarlığı ilə NATO-nu bezdirir, "dərin dövlət" ondan qurtulmaq istəyir”, deyə Filippo yazıb.

Buna sübut kimi o, “Bild” qəzetindəki məqaləni göstərib ki, ABŞ və Almaniya hakimiyyəti Zelenskini yalnız cəbhəni saxlamaq üçün lazım olan silahlarla təmin etməklə Rusiya ilə danışıqlara razı salmaq niyyətindədir.

Filippo həmçinin xatırladıb ki, Ukraynada dövlət başçısına qarşı siyasi və media tənqidləri artır, buna görə də Zelenski öz təhlükəsizliyindən qorxaraq insanları işdən çıxarır.

Siyasətçi həmçinin Fransanı Moskva ilə qarşıdurmaya son qoyan sonuncu dövlət olmamağa çağırıb.

Samir

0