Donald Tusk hakim partiyanı siyasi səhvlərdə ittiham etdi

DÜNYA
21:46 / 29.11.2023
325

Polşa müxalifətinin lideri Donald Tusk bildirib ki, son 8 ildə Polşanı idarə edən Yaroslav Kaçinskinin Qanun və Ədalət Partiyası (PiS) qonşuları Ukrayna, Avropa və Rusiya ilə münasibətləri təhlükə altına salib.

HİT.az xəbər verir ki, o, bu sözləri Polşa-Ukrayna sərhədində yükdaşıyanların və fermerlərin sərhəd keçidlərində blokada təşkil etdiyi vəziyyəti şərh edəkən deyib.

"Bu, qalmaqaldır, çünki sürücülərin etirazı kimi bir məsələdə belə, onlar bizim əsas maraqlarımızı və Ukrayna, Rusiya və Avropa ilə münasibətlərimizi təhlükə altına qoyurlar", deyə Tusk bildirib.

O, Qanun və Ədalət Partiyasını, baş nazir Mateuş Moravetskini və prezident Anjey Dudanı qeyri-peşəkarlıqda və Polşanın maraqlarına biganəlikdə ittiham edib. Tusk hökumətin Polşa bazarını ucuz kənd təsərrüfatı məhsulları ilə doldurmağa icazə verən, fermerlərin qəzəbinə səbəb olan Ukrayna ilə münasibətləri misal çəkib. Bildirib ki, sonra isə Polşa hakimiyyəti Kiyevlə münasibətləri kəskin şəkildə korlayıb.

Samir

 

0