Şolts onu santexniklə ilə müqayisə edən müxalifətçiyə cavab verdi

DÜNYA
15:40 / 29.11.2023
342

Almaniyanın federal kansleri Olaf Şolts bildirib ki, Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Merzin onu “hakimiyyətə gələn santexnik” adlandıran sözlərini tərif kimi qiymətləndirir. 

HİT.az "Der Spiegel"ə istinadən xəbər verir ki, Maltanın baş naziri Robert Abela ilə görüşdən sonra Şolts “bu mükafatla fəxr etdiyini” qeyd edib.

“Mən Almaniyada sənətkarlıq istehsalının tərəfdarıyam. Nəyisə yaxşı etmək üçün bunu çox uzun müddət - hətta hökumətdə də etmək lazımdır”, deyə Şolts bildirib.

O, vurğulayıb ki, bu santexnika sənəti ilə müəyyən paralellik var.

X sosial şəbəkəsindəki səhifəsində o, alman sənətkarlarının tərəfdarı olduğunu da yazıb. "Çünki santexniklar kömək əlini uzadırlar və əvəzolunmazdırlar. Almaniyanın belə mütəxəssislərə ehtiyacı var", deyə kansler vurğulayıb.

Samir

0