Ukrayna NATO-ya üzv olsa, nə baş verər? - Macarıstanın XİN başçısı

DÜNYA
20:52 / 29.11.2023
326

"Ukrayna hələ NATO-ya üzv ola bilməz, çünki bu, III Dünya müharibəsinə gətirib çıxaracaq".

HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Siarto vurğulayıb ki, hərbi münaqişədə iştirak edən ölkə regionun təhlükəsizliyinə töhfə vermir. Ona görə də Ukraynanın Alyansa qəbul edilməsi NATO-nu Rusiya ilə birbaşa toqquşma təhlükəsinə gətirib çıxaracaq ki, bu da III Dünya Müharibəsi deməkdir. 

Macarıstanlı nazirin sözlərinə görə, NATO-nun yaradılmasına dair Vaşinqton müqaviləsinin 10-cu maddəsində deyilir ki, yalnız Şimali Atlantika təhlükəsizliyinə töhfə verə biləcək ölkələr Alyansa qoşula bilər.

Başqa bir səbəb də var. O qeyd edib ki, NATO-nun Ukrayna ilə bağlı islahat planında milli azlıqların hüquqları ilə bağlı bənd var. Onun sözlərinə görə, hərbi blokda “milli azlıqların hüquqlarını daim əlindən alan, pozan və ləğv edən ölkəyə” yer yoxdur.

Samir

 

0