Qəzza zolağında atəşkəs rejimi uzadıldı

DÜNYA
09:15 / 30.11.2023
353

Qəzza zolağında əsirlərin mübadiləsi məqsədilə atəşkəs rejimi uzadılıb.

HİT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, tərəflər bu barədə razılığa gəliblər.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında əldə edilən razılaşmaya əsasən, noyabrın 24-də Qəzza zolağında dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

0