"Fələstin xalqının yaşamaq və öz müstəqil dövlətini qurmaq hüququ ən qısa zamanda həyata keçirilməlidir".
HİT.az xəbər verir ki, bu bəyanatla Çin prezidenti Si Tszinpin çıxış edib.
Çin lideri Beynəlxalq Həmrəylik Günü münasibətilə Fələstin xalqına göndərdiyi mesajda Fələstin və İsrail arasında sülh danışıqlarının ən qısa zamanda bərpa olunmasının lazım olduğunu yazıb.
Si Tszinpin həmçinin vurğulayıb ki, onilliklərlə davam edən Fələstin-İsrail münaqişəsindən alınan ağrılı dərs yalnız ümumi təhlükəsizlik konsepsiyasının davamlı təhlükəsizliyə nail olmağa kömək edə biləcəyini göstərir.
Noyabrın 30-da Çin Xarici İşlər Nazirliyi Fələstin və İsrail arasında münaqişənin həlli ilə bağlı Çinin mövqeyini əks etdirən beş bəndlik sənəd dərc edib. Xüsusilə Çin hərbi əməliyyatları tez bir zamanda dayandırmağa və mülki əhalinin müdafiəsinə çağırır. Pekin həmçinin "iki xalq üçün iki dövlət" planına qayıtmağı və paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin yaradılmasını müdafiə edir.
Samir