Almaniya prezidenti yarım saat Qətər XİN başçısını təyyarənin qapısında gözləyib - VİDEO

DÜNYA
12:15 / 30.11.2023
427

Almaniya prezidenti Frank-Valter Ştaynmayer təyyarədə Qətər diplomatları ilə görüş üçün təxminən 30 dəqiqə gözləməli olub. 

HİT.az xəbət verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" nəşri yazıb.

Jurnalistlərin yazdığına görə, Qətərin xarici işlər naziri Sultan bin Saad Əl-Muraihi Almaniya liderini qəbul etməyə gələnə qədər qrafikdən tez gələn Ştaynmayer Bundesverə məxsus "Airbus A350" təyyarəsinin qapısında təxminən yarım saat gözləyib.

Qeyd olunur ki, gecikməyə baxmayaraq, Ştaynmayerin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü nəzərdə tutulan vaxtda baş tutub. Bununla belə, alman jurnalistlər insidenti Qətər hakimiyyətinin Almaniyaya qarşı hörmətsizliyi kimi təqdim edib.

Ştaynmayer Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən girov saxlanılan Almaniya vətəndaşlarının azad edilməsi ilə bağlı qısamüddətli danışıqlar aparmaq üçün noyabrın 29-da Qətərə yollanıb. Almaniya prezidentinin sözlərinə görə, o, Qətər rəhbərliyindən əsirlərin azad edilməsi üçün səyləri davam etdirməyi xahiş edib.

Samir

 

 

0