"Avropa Rusiya ilə müharibəyə hazır deyil, münaqişə zamanı onun "yuyula biləcəyi" təhlükəsi var.
HİT.az xəbər verir ki, bu barədə “The Times” qəzetinin məqaləsində deyilir.
Nəşr yazır ki, alman tarixçisi Sönke Neitzel Rusiya ilə müharibənin ehtimal olunan nəticəsini Napoleon ordusunun zərbələri altında Müqəddəs Roma İmperiyasının süqutu ilə müqayisə edib.
"The Times" məqaləsində həmçinin deyilir ki, Berlində keçirilən təhlükəsizlik konfransı zamanı bir neçə alman generalı da NATO-nun şərq cinahındakı müdafiə müharibəsinin “ilk döyüşündə” qalib gələ bilməyəcəyini, çünki qısa müddətdə Avropaya kifayət qədər qoşun və texnikanı daşımaqda çətinlik çəkəcəyini irəli sürüb.
Bundan əvvəl Almaniyanın tanınmış fikir adamları Ukrayna üçün yeni sülh təşəbbüsü ilə çıxış edərək, münaqişənin Avropa ilə Rusiya arasında müharibəyə çevrilməsi riskinin artdığını bəyan etmişdilər.
Samir