Niderlandda keçirilən parlament seçkilərində Qert Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyasının (PVV) qələbəsi Avropa İttifaqı elitasını qeyri-qanuni miqrasiyaya qarşı çıxan digər siyasətçilərin mümkün qələbələrindən qorxuya salıb.
HİT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
"Aİ elitasının gördükləri hər hansı bir avropalı mərkəzçinin beynini titrəməyə yetərlidir", deyə məqalədə bildirilir.
Müəlliflər Fransa və Almaniya da daxil olmaqla, demək olar ki, onlarla Avropa ölkəsində qeyri-leqal miqrantların qəbuluna qarşı çıxan partiyaların artan populyarlığını qeyd edirlər.
"Vildersdən daha radikal olan sərt xəttli anti-immiqrant partiyalar hazırda anketlərdə öndədir", deyə "Politco" yazıb.
Nəşr qeyd edir ki, qeyri-qanuni miqrasiya məsələsi və vətəndaşlar üçün yaşayış böhranı Avropada yeni bir şey deyil, lakin İsrail və HƏMAS arasındakı münaqişə çoxlu müsəlman əhalisi olan Avropa ölkələrində “sivilizasiyaların toqquşmasına” səbəb olub.
Samir