Ukrayna prezidenti Volodimir Zelenski Qərbdə Rusiya ilə danışıqların lehinə səslər eşitdiyini, lakin təzyiq hiss etmədiyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Prezident jurnalistlərin əks-hücumun uğursuzluğundan sonra Rusiya ilə sülh razılaşması əldə etmək üçün müttəfiqlərin Ukraynaya təzyiq edib-etməməsi ilə bağlı suala belə cavab verib: “Mən bunu hələ hiss etmirəm”.
Onun sözlərinə görə, Rusiya ilə danışıqların başlaması ilə bağlı Qərbdən “bəzi səslər” eşidilir.
Zelenski həmçinin etiraf edib ki, Ukrayna ABŞ və Avropa İttifaqının Fələstin-İsrail münaqişəsinə diqqətinin dəyişməsini hiss edir. O, vurğulayıb ki, yalnız kor insan “bunu görə bilməz”.
Samir