İsrail ordusu münaqişə başlayandan indiyədək 2100 nəfəri həbs edib, onlardan 1100-ü HƏMAS-la əlaqəlidir.
HİT.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
“Müharibə başlayandan indiyədək 2100-ə yaxın insan həbs edilib ki, onlardan 1100-ə yaxını HƏMAS terror təşkilatına aiddir”, deyə mətbuat xidməti bildirib.
İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Həmin gün Fələstin hərəkatı İsrail ərazisinə hücum edərək insanları girov götürdü. Buna cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb və bütün HƏMAS yaraqlılarını məhv etmək planlarını açıqlayıb. Noyabrın sonunda tərəflər anklavda girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi üçün atəşkəs sazişi imzalayıblar. Bu gün, dekabrın 1-də İsrail ordusu HƏMAS-ın hərbi təxribatı səbəbindən Qəzza zolağında əməliyyatları bərpa etdiyini açıqlayıb.
Samir