Senator: \"Bayden yenidən seçilsə, dünya \"yanacaq\"

20:20 / 04.12.2023
394

ABŞ-ın hazırkı prezidenti Co Bayden yenidən seçilərsə, dünya "yanacaq". 

HİT.az xəbər verir ki, bunu Respublikaçı senator Lindsi Qrem CNN-ə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş nümayəndəsi Liz Çeyninin keçmiş prezident Trampı tənqid etməsinə cavab olaraq deyib.

Çeyni daha əvvəl Trampı tənqid edərək demişdi ki, ABŞ Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson 2021-ci ilin yanvarında Kapitoliyə hücum zamanı onun mütləq şəriki olub.

"Düşünürəm ki, Lizin Trampa nifrəti realdır... İnsanların bəzən onun etdiklərini və dediklərini niyə bəyənmədiyini başa düşürəm, amma hərəkətləri və nəticələri baxımından o, Baydendən qat-qat üstün idi. Və bu (Bayden prezidentliyi-red.) dörd ilimiz olsa, o zaman biz Amerikanı tanımayacağıq və dünya həqiqətən də alovlanacaq", deyə Lindsi Qrem bildirib.

Bundan əvvəl Mayk Conson ABŞ prezidenti Co Baydenin impiçmenti üzrə məhkəmə prosesi ilə bağlı rəsmi səsvermə ilə irəliləyəcəyinə ümid etdiyini bildirib.

Samir

0