Rusiya yeni uzaqmənzilli qırıcı hazırlayır: ABŞ-ın "B-2"si ilə rəqabət aparacaq

DÜNYA
16:39 / 27.05.2020
1151

Rusiya gələn il tamamlamağı planlaşdırdığı radarlara düşməyən PAK DA qırıcısının prototipinin hazırlanmasına başlayıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, təyyarə tamamlandıqdan sonra hipersonik silahlar da daxil olmaqla inkişaf etmiş raket və bomba ilə də təchis ediləcək.

Altıncı nəsil təyyarələrin son məhsulu olan qırıcının ABŞ-ın B-2 qırıcısı ilə rəqabətə girməsi proqnozlaşdırılır.

Yerli mətbuatın yazdığına görə PAK DA 2025-ci ildə sınaqdan keçiriləcək və 2028-ci ildən kütləvi istehsalına başlanılacaq.

Qeyd edək ki, Rusiya ordusunun inventarında hazırda gizli döyüş təyyarəsi olan "Sukhoi-57" də var. Lakin bu təyyarə 2010-cu ildə sınaqdan keçirilsə də kütləvi istehsalına başlanılmayıb.

Camal

0
Qaynarinfo.az