İran ABŞ-da dondurulmuş və Ağ Ev tərəfindən blokdan çıxarılan 6 milyard dolların alınması məsələsi ilə bağlı bütün lazımi zəmanətləri alıb.
HİT.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani danışıb.
"Qanun layihəsinin qüvvəyə minməsi hələ də Senat tərəfindən təsdiq edilməli və ABŞ prezidenti tərəfindən imzalanmalıdır. Birləşmiş Ştatlar İran qarşısında öhdəliklərinə əməl etməlidir", deyə XİN rəsmisi bildirib.
İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Vaşinqton və Tehran arasında qarşılıqlı fəaliyyət etimada əsaslanmasa da, İran bu məsələdə ABŞ-dan bütün zəmanətləri alıb.
Onun sözlərinə görə, vəsaitlər İranın hakimiyyət orqanları tərəfindən ölkənin ehtiyaclara uyğun istifadə ediləcək.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Nümayəndələr Palatası noyabrın 30-da İrana məxsus əvvəllər bloku açılmış 6 milyard dolların yenidən dondurulmasına səs verib. Bu tədbir yeni "İran terrorizminin maliyyələşdirilməsini qadağan edən qanun"un qəbulu çərçivəsində təsdiqlənib. Nümayəndələr Palatasının 307 üzvü bu tədbirin lehinə, 119-u əleyhinə səs verib.
Samir