Zalujnı Zelenskinin yerinə keçəcək? - ŞƏRH

DÜNYA
12:52 / 05.12.2023
402

Rusiya və Ukrayna arasında gizli danışıqların aparıldığı iddiası gündəmi alt-üst edib. 

Belə ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun gizli danışıqlar apardığı deyilir. Üstəlik, Zalujnının yaxın gələcəkdə Volodomir Zelenskinin yerinə hakimiyyətə gələcəyi də önə sürülür. 

Bəs bu iddialar nə dərəcədə doğrudur? Zalujnı həqiqətən Zelenskini əvəz edə bilər? 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında bildirib ki, Zelenski hakimiyyətdən uzaqlaşdırılsa, onda müharibə vəziyyətində olan Ukraynada hərbçilər iqtidarı ələ keçirə bilərlər:

339207

"Amma hazırkı vəziyyətdə bunu Qərbin nəzarəti altında həyata keçirməyin mümkün olacağını düşünürəm. Nəzərə almaq lazımdır ki, Ukraynada kollektiv Qərbin təsir imkanları kifayət qədər güclüdür". 

Ekspert qeyd edib ki, hazırda Zalujnının hakimiyyətə gəlməsinin daha real görünməsi ilə bağlı fikirlər səsləndirilir:

"Hazırkı məqamda bu prosesin baş verməsi üçün gizli danışıqların aparıldığı iddiası da real ola bilər. Amma bunun baş verməsi üçün ciddi proseslər reallaşmalıdır. Yəni bunların olması üçün Qərb dövlətlərinin də ciddi razılığı tələb olunacaq. Əks təqdirdə, sözügedən ehtimalın reallaşacağını düşünmürəm. 

Əslində Qərb dövlətləri Yaxın Şərqdə baş verən proseslər zamanı Ukraynanı danışıqlara dəvət edirdilər, amma rəsmi Kiyev bunu qəbul etmirdi. Görünür, hazırkı vəziyyətdə Ukraynanın özündə də buna müsbət yanaşanlar var".

Pərviz

0