Berbok: "İndi Aİ-nin Avropanın mərkəzində boz zonalar yaratmağa gücü çatmır"

DÜNYA
19:07 / 05.12.2023
316

Almaniyanın xarici işlər naziri Annalena Berbok Qərbi Balkanların Avropa İttifaqına (Aİ) qoşulmasının qitənin təhlükəsizliyinə böyük töhfə olacağını bildirib. 

HİT.az bu barədə "Zeit"ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə səbəbindən Avropa İttifaqının Avropanın mərkəzində "boz zonalar" yaratmağa gücü çatmır.

"Qərbi Balkan ölkələri tamamilə Aİ-yə məxsusdur. Bu, sadəcə boş söz deyil, öz təhlükəsizliyimizin maraqlarına uyğundur”, deyə Berbok bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı qətiyyətlə hərəkət etməli və Avropada hamın üçün təhlükəsizliyin lövbəri olaraq qalmalıdır.

"Eyni zamanda, Aİ verdiyi sözə sadiq qalmalı və şərtlər yerinə yetirildikdən sonra genişlənmə prosesində növbəti addımları atmalıdır", deyə Berbok əlavə edib.

Samir

 

0