Zelenskinin müşaviri: "Dekabrdan sonra Ukraynada pul olmayacaq"

DÜNYA
10:49 / 06.12.2023
392

Kiyevdə dekabrdan sonra Ukraynanın heç bir maliyyə imkanının olmadığı açıqlanıb.

HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri Ukrayna prezidenti Volodimir Zelenskinin adı açıqlanmayan müşavirinə istinadən yazıb.

Ukrayna rəsmisi bildirib ki, dekabrdan sonra artıq maliyyə resursları olmayacaq. 

Onun fikrincə, Kiyev Vaşinqtondan hərbi yardım almasa, o zaman Ukraynanın "yeni ərazilər" üzərində nəzarəti itirilə bilər.

Əvvəllər bildirilirdi ki, Ukrayna lideri Volodimir Zelenskinin 5 dekabr çərşənbə axşamı Amerika senatorları ilə videobağlantı vasitəsilə planlaşdırdığı çıxışını son anda ləğv edib.

Samir

0