Ukrayna bu üç sahədə uduzur

DÜNYA
11:25 / 06.12.2023
299

Ukrayna eyni anda üç cəbhədə uğursuzluğa düçar olur: döyüş meydanında, ABŞ Konqresində və Avropa ölkələrinin paytaxtlarında. 

HİT.az xəbər verir ki, bunu"Axios"un köşə yazarları Zakari Basu və Step Kite deyib.

Onlar bildirib ki, Ukraynanın hərbi səyləri ölkənin gələcəyi üçün ekzistensial böhran yaradan bir çox dalana dirənib.

Müəlliflər həmçinin qeyd ediblər ki, Fələstin-İsrail münaqişəsi və ABŞ Konqresinin Ukrayna və İsrailə yardımın eyni vaxtda ayrılması ilə bağlı razılığa gələ bilməməsi səbəbindən NATO-nun Ukraynaya "nə qədər lazımdırsa" dəstək vermək vədi ciddi təhlükə altındadır.

Avropalı qanunvericilər arasında da büdcə mübahisəsi yaranıb. Basu və Kayte yazır ki, bu, Ukraynaya 50 milyard avroluq maliyyə yardımını sual altına qoyur.

Digər məsələlərlə yanaşı, məqalədə bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında hər hansı hərbi uğur qazana bilməməsi diplomatik uğursuzluqlarla yanaşı, Rusiya üçün faydalıdır.

Müəlliflərin fikrincə, Rusiya prezidenti Vladimir Putinin Qərb ölkələrindən daha çox qüvvəyə malik olacağı ilə bağlı hesablaması özünü doğruldur, deyə analitiklər belə qənaətə gəliblər.

Samir

0