Məxfi danışıqlar bitdi, İtaliya "Bir kəmər, bir yol"dan çıxdı

DÜNYA
18:10 / 06.12.2023
384

İtaliya Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən çəkilib, müvafiq bildiriş diplomatik kanallar vasitəsilə Pekinə göndərilib.

HİT.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti yazıb.

Onun sözlərinə görə, bu qərar bir neçə həftəlik məxfi danışıqlardan və əldə olunmuş razılaşmalara uyğun olaraq “bəzi diplomatik anlaşılmazlıqlardan” sonra verilib. “Corriere della Sera” qəzetinin yazdığına görə, İtaliyanın Çinin təşəbbüsündən çıxmaq qərarı ictimaiyyətə açıqlanmayıb.

Materialda o da bildirilir ki, belə bir qərara baxmayaraq, Roma Pekinlə strateji tərəfdaşlığı qoruyub saxlamaq və gücləndirmək öhdəliyini ifadə edib.

Qəzet xatırladır ki, İtaliya böyük iqtisadi fayda əldə etmədən, lakin “bir çox arzuolunmaz siyasi nəticələrlə” “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan yeganə G7 dövləti idi.

Bundan əvvəl Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə real alternativ yaratmağın zəruriliyini bəyan etmişdi.

Samir

0