Şimali Koreyalı hakerlər Cənubi Koreyanın müdafiə sirlərini oğurladı

DÜNYA
20:54 / 06.12.2023
479

Cənubi Koreya polisi Şimali Koreyalı hakerlərin hərbi texnologiya, o cümlədən zenit lazeri haqqında məlumatları üzə çıxarmış ola biləcək kiberhücumunu araşdırır. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

“ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) ilə birlikdə aparılan istintaq Andariel kimi tanınan (hacking) qrupunun əldə etdiyi məlumatların miqyasını müəyyən etməyə çalışır”, deyə nəşr bildirib.

Agentlik aydınlaşdırır ki, kiberhücumlara məruz qalan təşkilatlar arasında Cənubi Koreyanın müdafiə firmaları, tədqiqat institutları və əczaçılıq şirkətləri də var. Hakerlər tərəfindən sındırılan məlumat anbarlarından birində Cənubi Koreyanın əsas müdafiə sirləri olub.

Samir

0