Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin Qəzza zolağındakı hərəkətlərinə görə cinayət cəzasından xilas olmayacaq.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
“Netanyahu etdiklərinə görə cəzadan qaça bilməyəcək. Gec-tez o, məhkəmə qarşısına çıxarılacaq və törətdiyi hərbi cinayətlərin əvəzini ödəyəcək”, deyə Ərdoğan bildirib.
Ərdoğan vurğulayıb ki, beynəlxalq hüquqa düzgün riayət olunarsa, Netanyahu əməllərinə förə cəzalandırılacaq. O, əmindir ki, bu qərar həm Fələstin bölgəsində, həm də dünyanın digər yerlərində “bütün zalımlar üçün” nümunə olacaq.
Eyni zamanda, Türkiyə prezidentinin fikrincə, ölkəsi bu məsələni diqqətsiz qoysa, “yeni soyqırımlara” qapı açacaq. O, Türkiyənin vəziyyətin inkişafını yaxından izləyəcəyinə və “Qəzzada soyqırımına görə məsuliyyət daşıyanların” ədalət qarşısında cavab verməsi üçün əlindən gələni edəcəyinə söz verib.
Ərdoğan həmçinin bildirib ki, Netanyahunun hazırda “yıxılmaq” və ya iflas astanasındadır və bunu hər an elan edə bilər.
Samir