Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, bir çox Qərb ölkələri İsrailə qeyd-şərtsiz dəstək verməkdən imtina edir və yəhudi dövlətinə münasibətini yenidən nəzərdən keçirir.
HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
"Qərbdə İsrailə “sizi yedizdirməkdən yorulmuşuq” deyənlər peyda olmağa başlayıb. İlk günlərdə dəstək bəyanatları verən Fransaya baxın. İndi Fransa prezidenti Makron tamamilə fərqli bəyanatlar verir”, deyə dövlət başçısı bildirib.
Türkiyə prezidenti əlavə edib ki, bir çox başqa ölkələr də yəhudi dövlətinə münasibətinə yenidən baxır. Ərdoğan qeyd edib ki, Qərb artıq münaqişənin ilk günlərində verilən bəyanatları vermir.
Ərdoğan bildirib ki, Fələstin indiki vəziyyətdə səbir mexanizmindən istifadə edir: "Zamanla bu, onlara qələbə gətirməlidir".
Samir