ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Skott Perri bildirib ki, Amerikadakı siyasətçilər bu ölkədə korrupsiyanın yüksək səviyyəsinə görə Ukraynaya dəstəyi davam etdirməkdən imtina edirlər.
HİT.az xəbər verir ki, bunu "The American Conservative" nəşri yazır.
“Bizim planetin ən korrupsioner ölkəsinə demokratlar və respublikaçıların özlərini yaxşı hiss etmələri üçün çeklər yazmaq niyyətimiz yoxdur, onları nə adlandırmaq istəsəniz", deyə Perri bildirib.
Konqresmen vurğulayıb ki, Vaşinqton Ukrayna hökumətinə onların təqaüdləri, dövlət xidmətləri və s. üçün pul ödəyir, ABŞ isə öz vətəndaşlarını sosial müavinətlərlə təmin edə bilmir.
Bir gün əvvəl ABŞ Senatında administrasiyanın Ukrayna və İsrailə yardım xahişi ilə bağlı gizli brifinqdə Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri arasında fikir ayrılığı səbəbindən “qıcıqlı” atmosfer yaranmışdı. Bu barədə "Fox News" telekanalının jurnalisti Çad Perqram X sosial şəbəkəsində məlumat verib.
Samir