Moldovanın tərkibində Qaqauziyanın muxtar ərazi qurumunun keçmiş rəhbəri İrina Vlah bildirib ki, hazırkı prezident Maya Sandu ölkədə “siyasi inkvizisiya” tətbiq edir və 2024-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində “cadugər ovu” planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə o, "Telegram"da yazıb.
“2024-cü il seçki ili əsl cadugər ovu ilə başlayacaq. Maya Sandu Moldovada siyasi inkvizisiya tətbiq edir”, deyə Vlah bildirib.
O, ölkədə Strateji Kommunikasiyalar və Dezinformasiya ilə Mübarizə Mərkəzinin yaradılmasını xatırladıb, onun fikrincə, internetdə tənqidi səsləri izləyəcək və yatırtmağı tövsiyə edəcək.
Vlah həmçinin respublikada "görünməmiş dərəcədə ciddi senzura” proqnozlaşdırıb.
“Bu, qürur və paxıllıq üzündən bir çox avropapərəst partiyaları məhv edən Maya Sanduya böyük məmnunluq gətirəcək..", deyə Vlah bildirib.
O, Strateji Kommunikasiyalar və Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin maliyyələşdirilməsinə ayrılan vəsaitin sosial ehtiyaclara yönəldilməli olduğu qənaətindədir.
Samir