Ermənistan Rusiyanı imzaladığı sənədlərə sadiq olduğunu sübut etməyə çağırdı

DÜNYA
15:45 / 07.12.2023
375

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Moskva ilə İrəvan arasında silahların alınmaması ilə bağlı mübahisə həll oluna bilər.

HİT.az xəbər verir ki, spikerin fikrincə, Rusiyanın öz prinsiplərinə və imzaladığı sənədlərə sadiq olduğunu sübut etmək imkanı var.

"Lakin bu, heç bir şəkildə Ermənistanın öz təhlükəsizliyini təmin etmək qərarına təsir etməyəcək", deyə Simonyan bildirib.

O, həmçinin vurğulayıb ki, əgər Moskvanın öhdəlikləri yerinə yetirilməsə, o zaman İrəvan öz maraqlarını qorumalıdır.

Ermənistan dəfələrlə Rusiya Federasiyasını silah və texnikanın tədarükünü gecikdirməkdə günahlandırıb. Ermənistan tərəfinin fikrincə, artıq silahların pulu ödənilib. Noyabrda baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, respublika problemin həlli üçün bir neçə variantı nəzərdən keçirməyə hazırdır, o cümlədən Ermənistanın Rusiya Federasiyasına borcunu silaha görə ödədiyi məbləğdə azaltmaq da bura daxildir.

Samir

0