Ərdoğan: "Pandoranın qutusu" açılıb, dünyada heç kim özünü təhlükəsiz hiss etməyəcək"

DÜNYA
21:24 / 08.12.2023
284

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Pandoranın qutusu” açılıb, dünyada heç kim Qəzzada “İsrail vəhşiliyinin qarşısını almadan” özünü təhlükəsiz hiss etməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Onun fikrincə, “İsrailin qəddarlığının” qarşısını heç kim ala bilməsə, heç kim özünü təhlükəsiz hiss etməyəcək, çünki “Pandoranın qutusu” açılıb”.

Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu “terrora kömək etməkdə” ittiham edib. Türkiyə prezidenti hesab edir ki, Netanyahu və onun tərəfdarları “terrorun tərəfdarıdır”.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu “Qəzzanın qəssabı” adlandırıb. 

Samir

0