Böyük Britaniyanın Müdafiə Nazirliyi ölkənin Norveçlə birlikdə dənizdə Ukraynaya dəstək verən silahlı koalisiyaya rəhbərlik edəcəyini açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Böyük Britaniya Norveçlə birlikdə Ukraynanın dənizdə fəaliyyət qabiliyyətini gücləndirmək üçün gəmi və nəqliyyat vasitələri ilə təmin edəcək yeni dəniz imkanları koalisiyasına rəhbərlik edəcək", deyə bildirilib.
Daha əvvəl bildirilmişdi ki, London Qara dənizdə “təhlükəsizliyi artırmaq” üçün Kiyevə iki “Sandown” sinifli minaaxtaran gəmi vermək niyyətindədir. Sənəddə qeyd olunur ki, Kiyev Böyük Britaniyanın İxrac Kredit Agentliyinin köməyi ilə minaaxtaran gəmilər alacaq. Bundan əlavə, Britaniya və Norveç Kiyevə dəniz yardımı göstərmək istəyən dövlətlərin daxil olacağı yeni dəniz koalisiyası yaradacaqlar.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib ki, Böyük Britaniya Ukraynaya həm kəmiyyət, həm də keyfiyyət baxımından “ən yaxşı” hərbi yardımı göstərməyə davam edəcək.
Samir