Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, Macarıstanın bir sıra məsələlər, o cümlədən Ukraynadakı hadisələrlə bağlı mövqeyi ümumavropa yanaşmasına ziddir.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, Budapeşt Avropa və onun dəyərlərinə qarşıdır.
"Macarıstanın təkcə Ukrayna ilə bağlı deyil, bir çox başqa məsələlərdə mövqeyini dərk edə biləcəyim yeganə yol, onların Avropaya və Avropanın müdafiə etdiyi şeylərə qarşı olmasıdır”, deyə Landsbergis bildirib.
Litva Xarici İşlər Nazirliyinin rəhbərinin fikrincə, Avropada ideologiyaların toqquşması yaşanır. Bəziləri Avropa güclü olmalıdır, bəziləri isə Avropanın, Avropa İttifaqının mövcud olmasını istəmir.
"Əgər biz rasional olsaq, rasional və praqmatik həllər tapsaq, o zaman bu vəziyyəti həll etmək olar. Əks təqdirdə, gələcəkdə qaranlıq vaxtlar ola bilər", deyə nazir bildirib.
Samir